Yanvar-mart aylarında ölkədə 9 milyon 303,8 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 9 milyard 990,7 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 6 milyard 967,7 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, birinci rübdə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 7 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 2 faiz azalıb.
Ölkədə neft istehsalı 3,9 faiz azalıb, qaz hasilatı isə 15,3 faiz artıb.