Birinci rübdə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 7,6 milyon tondan çox neft daşınıb

2020.04.17 17:29 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 9 milyon 506,9 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 80,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və üç ayda bu kəmərlə 7 milyon 627 min ton neft nəql edilib. Hesabat dövründə BTC ilə 1 milyon 110,3 min ton tranzit nefti də ötürülüb.