Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi fəaliyyətə başladıqdan sonra əmək münasibətlərinin rəsmiləşməsində irəliləyiş əldə edilib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat katibi Elnur Niftəliyev bildirib ki, "Elektron hökumət" portalının xidmətlərindən olan "Əmək müqavilələrinin bildiriş sistemi" vasitəsilə 60 mindən çox əmək müqaviləsi bildirişi qeydə alınıb: "Əməkdaşlar üçün icazələrin əldə edilməsi üçün təşkilatlar qeyri-rəsmi formada çalışdığı əməkdaşlar ilə rəsmi əmək müqaviləsi bağlamaq məcburiyyətində qalıb".
Xatırladaq ki, qaydalara əsasən, işçilərə icazələr əmək müqaviləsi əsasında verilir.