Dövlət Neft Fondu qızıl ehtiyatını artırıb

2020.04.17 13:13 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin ilk rübündə 0,4 ton qızıl alıb.

Neft Fondunun 2020-cu ilin 3 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il martın 31-nə ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 101,6 ton olub. Ötən ilin yekunlarına olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 101,2 ton idi. Beləliklə də, Neft Fondu bu ilin 3 ayında 0,4 ton qızıl alıb.

Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 12,8 faizini, ABŞ dolları portfelinin isə 5 milyard 273,7 milyon dollarlıq hissəsi təşkil edir.