Neft fondunun investisiya portfelinin 66 faizini ABŞ dolları, 22,9 faizini avro təşkil edir

2020.04.17 11:23 (UTC+04:00)

Cari il martın 31-nə ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 66 faizini, avro 22,9 faizini, funt sterlinq 4,8 faizini, Avstraliya dolları 0,5 faizini, Türkiyə lirəsi 0,8 faizini, Rusiya rublu 0,5 faizini, Koreya vonu 0,5 faizini, Çin yuanı 1,2 faizini, Yaponiya yeni 1,5 faizini, digər valyutalar isə 1,3 faizini təşkil edib.

Bu barədə ARDNF-in 2020-ci ilin ilk 3 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.

Hesabata görə, ABŞ dolları portfelinin 5 milyard 273,7 milyon dollarlıq hissəsini (12,8 faiz) qızıl investisiyaları təşkil edib.

Həmçinin ARDNF-in investisiya portfelinin 10,4 milyon dollarlıq hissəsi Azərbaycan manatıdır.