Yanvar-mart aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 3 milyon dollara yaxın olub.
Bu barədə Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.
Bildirilib ki, birinci rübdə ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 1,3 milyon min dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 1,6 milyon dollardan artıq məhsul ixrac edilib.