Azərbaycandan 85 ölkəyə məhsul göndərilib

2020.04.16 18:11 (UTC+04:00)

Yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu müddətdə 85 ölkəyə məhsul ixrac olunub, 136 ölkədən isə idxal edilib.