Birinci rübdə ölkəyə 15,4 mindən çox avtomobil idxal olunub

2020.04.16 17:49 (UTC+04:00)

Cari ilin yanvar-mart aylarında Azərbaycana 169 milyon 634 min ABŞ dolları dəyərində 15 min 492 avtomobil idxal edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 66-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 14 min 417-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 972-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 37-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.