Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

2020.04.16 16:42 (UTC+04:00)

Cari ilin yanvar-mart aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın üç ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Çexiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 1 milyard 828,4 milyon ABŞ dolları, Yunanıstana 188,1 milyon dollar, Çexiyaya isə 143,4 milyon dollar olub.w