Birinci rübdə Azərbaycanla Belarusun ticarət dövriyyəsi 34 milyon dollara yaxın olub

2020.04.16 13:30 (UTC+04:00)

Yanvar-mart aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 34 milyon dollara yaxın olub.

Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 28,6 milyon dollar, ölkəmizdən Belarusa isə 5,2 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.