Birinci rübdə ölkədən 58,9 min ton plasmas və onlardan hazırlanan məmulatlar ixrac edilib. Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac olunan məmulatların dəyəri 46,3 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin eyni aylarında ölkədən 48,3 milyon dollar dəyərində 53,5 min ton plasmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.