Pambıq lifi və ipliyinin ixracı artıb

2020.04.16 13:12 (UTC+04:00)

Yanvar-mart aylarında Azərbaycandan 31 min ton pambıq lifi və 3,7 min ton pambıq ipliyi ixrac edilib. Dövlət Gömrük Komitəsindən (DGK) bildirilir ki, ixrac edilən pambıq lifinin dəyəri 43,3 milyon, pambıq ipliyinin dəyəri isə 8,6 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 37,5 milyon dollarlıq 25,9 min ton pambıq lifi, 6,4 milyon dollarlıq 2,6 min ton pambıq ipliyi ixrac edilib.