Birinci rübdə 18 min tonadək xurma ixrac olunub

2020.04.16 12:17 (UTC+04:00)

Birinci rübdə ölkədən 17,9 min ton xurma ixrac edilib.

Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən xurmanın dəyəri 14,1 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycandan dəyəri 18,1 milyon dollar olmaqla 23,8 min ton xurma ixrac edilib.