Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 196 milyon dolları ötüb

2020.04.15 18:14 (UTC+04:00)

Yanvar-mart aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 196 milyon dolları ötüb.

Ukrayna Dövlət Statistika Komitəsindən bildirilib ki,rüb ərzində Azərbaycan bu ölkəyə 95 milyon dollarlıq məhsul ixrac edib. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 101,5 milyon dollar olub.

Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.