Birinci rübdə ölkədən 1 milyard 390,6 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 161 milyon 926 min ABŞ dolları olub.
Xatırladaq ki, 2019-cu ilin eyni dövründə ölkədən 2 milyard 971 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 425 milyon 389 min dollar olmuşdu.