Birinci rübdə Azərbaycandan 24,9 min ton polipropilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, hesabat dövründə ixrac olunan polipropilenin dəyəri isə 21,1 milyon 452 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.