Kimya sənayesi məhsullarının ixracı artıb

2020.04.15 15:42 (UTC+04:00)

Cari ilin birinci rübündə Azərbaycandan 141,9 min ton kimya sənayesi məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 19,8 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2019-cu ilin eyni aylarında ölkədən ixrac olunan 75,4 min ton kimya məhsulunun dəyəri 17,6 milyon dollar təşkil etmişdi.