Azərbaycan bu il 7,5 milyon ton xam neft və neft məhsulları ixrac edib

2020.04.15 15:30 (UTC+04:00)

Cari ilin yanvar-mart aylarında Azərbaycandan 7 milyon 576,4 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 3 milyard 522,6 milyon ABŞ dolları olub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, 2019-cu ilin eyni aylarında ölkədən 7 milyon 697,3 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 3 milyard 534,3 milyon dollar təşkil etmişdi.