Rusiyada xarici hesablara köçürülən gəlirlər üçün vergilər artırılıb

2020.04.16 13:55 (UTC+04:00)

Bundan əvvəl xəbər vermişdik ki, Kipr adasının Yunanıstan hissəsi Rusiyanın ofşor hesablara aid dividendlərə tətbiq etməyi planlaşdırdığı yeni vergi nəticəsində ikiqat vergitutmaya yol verməmək üçün sazişə yenidən baxmağı təklif etdiyi ilk ölkə olub. https://vergiler.az/news/international/

Rusiya hökuməti bu sahədə qətiyyət nümayiş etdirərək kapital axınının qarşısının alınması məqsədilə xarici hesablara köçürülən gəlirlər üçün verginin dərəcəsini 15 faizə qaldırıb.

Bundan əvvəl isə Nazirlər Kabineti koronavirus pandemiyasının yayılmasından daha çox ziyan çəkən sahələrin siyahısını yeniləyərək oraya stomatoloji kabinələri və kinofilmlərin nümayişi sahəsində fəaliyyəti də daxil etmişdi. Bu siyahıya salınmış müəssisələr sentyabrın 30-dan gec olmayaraq kreditorlardan kredit şərtlərinin, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə aid borc müqavilələrinin şərtlərini dəyişdirilməsini xahiş edə bilər.