İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi keçirilib

2020.04.14 17:26 (UTC+04:00)

Aprelin 14-də Bakı Fond Birjasında (BFB) "İpoteka və Kredit Zəmanət Fondu" ASC-nin AZ2043008682 ISIN-li, 30 milyon manat həcmində, 6840 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən bildirilib ki, yerləşdirmə zamanı hərrac qiyməti 1,003.25 AZN olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30 milyon manatdır. İstiqrazlar 2038-ci il noyabrın 27-də ödəniləcək.