Rusiyada internetdən kənarda göstərilən elektron xidmətlərə görə də ƏDV tutulacaq

2019.01.31 17:54 (UTC+04:00)

Rusiyanın Federal Vergi Xidmətindən müvafiq qurumlara göndərilmiş məktubda bildirilir ki, təkmil virtual fərdi şəbəkə üzərindən göstərilən xidmətlərə Rusiya Federasiyası Vergi Məcəlləsinin 174.1 maddəsinin normaları şamil edilməlidir. Həmin maddəyə əsasən bu xidmətləri əlavə dəyər vergisinin (ƏDV) obeykti hesab etmək mümkündür.

Elektron formada göstərilən xidmətlərə informasiya xidmətlərindən istifadə olunmaqla informasiya-telekommunikasiya şəbəkəsi vasitəsilə avtomatik göstərilmiş xidmətlər daxildir və buraya internet üzərindən göstərilən xidmətlər də aid edilə bilər. Bu zaman informasiyanın rabitə xətti ilə ötürülməsi üçün nəzərdə tutulan texnoloji sistem informasiya-telekommunikasiya şəbəkəsi hesab edilir. Beləliklə, Rusiya qanunvericiliyinə görə informasiya-telekommunikasiya şəbəkələrinin müəyyənləşdirilməsinə uyğun gələn şəbəkələr vasitəsilə göstərilən xidmətlər elektron xidmətlər hesab edilir. Xatırladaq ki, xarici şirkət Rusiya alıcılarına onlayn xidmətlər göstərərkən əvvəcədən ödənişin vaxtından asılı olmadan ƏDV-ni müstəqil şəkildə ödəməlidir.