Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 56,5 milyon dollar olub

2020.04.14 13:10 (UTC+04:00)

Aprelin 14-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 56,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.