Bu gündən əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılır

2020.04.13 17:22 (UTC+04:00)

Pandemiya ilə əlaqədar iş yerlərinin qorunması tədbirləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsilə aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, əlavə ictimai iş yerlərinin rayon və şəhərlər üzrə bölgüsü təsdiqlənib, prosedur və mexanizmlər hazırlanaraq yerlərə göndərilib.

Bu gündən həmin ictimai iş yerlərinin yaradılmasına başlanılacaq. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və s. istiqamətləri əhatə edəcək.