İqtisadiyyat Nazirliyi də "Evdə qal, evdə yarat" təşəbbüsünə qoşulur

2020.04.11 14:21 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi Mədəniyyət Nazirliyinin və "Kreativ Azərbaycan" Portalının elan etdiyi "Evdə qal, evdə yarat" təşəbbüsünə qoşulur və iqtisadi sahədə fəaliyyət göstərən, eyni zamanda, xüsusi istedadi və yaradıcı bacarığı olan vətəndaşları bu aksiyaya qoşulmağa dəvət edir.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd edək ki, təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə yaradıcı bacarıqlarından istifadə edərək hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və sair) izləyiciləri ilə "#EvdəQalEvdəYarat" həştəqi ilə, həmçinin "Kreativ Azərbaycan" portalının "Facebook" səhifəsini (fb.com/creative.az) qeyd (tag) edərək paylaşır və yaradıcılığı ilə pozitiv hislərə köklənərək virusla mübarizəni gücləndirir. Ən çox bəyənilən paylaşımların müəllifləri dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.

“Evdə qal, evdə yarat” təşəbbüsü ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə etmək mümkündür.