İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2020.04.11 12:00 (UTC+04:00)

Aprelin 14-də Bakı Fond Birjasında (BFB) "İpoteka və Kredit Zəmanəti Fondu" ASC-nin (İKZF) ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, emissiyanın həcmi 30 milyon manat, nominal qiymət 1000 manat, hərrac qiyməti 1003,25 manat, faiz dərəcəsi 3 faiz, tədavül müddəti 19 ildir. "BTB Kapital" ASC anderrayter vəzifəsində çıxış edir.

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək. İKZF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.