Muzdlu işçilərin onlayn müraciətinin tərtib olunması qaydası Video

2020.04.10 10:27 (UTC+04:00)

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi məqsədilə onlayn müraciətin tərtib olunması qaydası.

Pandemiyadan zərər çəkmiş sahələrdə 300 min nəfər əmək müqaviləsi olan muzdlu işçinin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Mexanizm çərçivəsində vergi ödəyicilərinin işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək. Bu məqsədlə, qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetlərinə (www.e-taxes.gov.az) "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı" barədə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək.

Vergi ödəyiciləri maliyyə dəstəyi əldə etmək üçün internet vergi idarəsindəki şəxsi kabinetində "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı" bölməsindən "əmək ödənişləri üzrə müraciət" altbölməsinə daxil olaraq müvafiq müraciət formasını doldurmalıdırlar.