Mərkəzi Bank: Bugünkü hərracda tələb 55 milyon dollar olub

2020.04.09 13:40 (UTC+04:00)

Aprelin 9-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 55 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.