Milli Məclis Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair illik hesabatını məqbul hesab edib

2020.04.09 13:36 (UTC+04:00)

Milli Məclis Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair illik hesabatını məqbul hesab edib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilib. Karantin rejimi ilə əlaqədar olaraq Baş Nazir Əli Əsədov hesabatı video formatda təqdim edib.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul olunub.

Sədr bildirib ki, müzakirələrin videoyazısı, stenoqramı Nazirlər Kabinetinə göndəriləcək.