Azərbaycan martda sutkada 763,9 min barel neft hasil edib

2020.04.08 18:25 (UTC+04:00)

Energetika Nazirliyindən bildirilib ki, bunun 683,7 min barelini xam neft, 80,2 min barrelini kondensat təşkil edib. Gündəlik 418,9 min barel xam neft, 76,2 min barrel kondensat, 15,5 min barel neft məhsulları ixrac edilib.

Ötən il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.

Energetika Nazirliyi mart üzrə hasilat göstəriciləri ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, "Əməkdaşlıq Bəyannaməsi"nin icrası 2020-cu ilin martın 31-də başa çatıb. Sabah OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında 9-cu iclası keçiriləcək.