Aprelin 8-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101379S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 99,44 AZN (7,24 faiz) və 99,4773 AZN (6,76 faiz) olan 6 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 104.564.700 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,44 AZN (7,24 faiz), orta ölçülmüş qiyməti 99,4605 AZN (6,97 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon AZN təşkil edib.
Notların ödəmə tarixi bu il mayın6-sıdır.