Koronavirus pandemiyası dünya iqtisadiyyatına, sosial duruma, əhaliyə çox ciddi problemlər yaradır. Belə vəziyyətdə makroiqtisadi və maliyyə sabitliyinin saxlanılması, məşğulluğun təmin edilməsi olduqca böyük əhəmiyyət kəsb edir.
Bu sözləri İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyətə başlayan “Bakı Tekstil Fabriki” MMC-də infoturda iştirak edən jurnalistlərə açıqlamasında bildirib.