İngiltərə "Premier Lig"ində klubların və futbolçuların təmsilçiləri arasında maaşların azaldılması ilə bağlı görüş keçirilib. Görüş zamanı, tərəflər arasında razılaşma əldə edilməyib. Çempionatda iştirak edən 20 klubun rəhbərləri və Peşəkar Futbolçular Assosiasiyasının (PFA) təmsilçilərinin görüşündə klubların maaşları 30 faiz ixtisar etməklə bağlı təklifi müzakirə olunub. PFA maaş endiriminin əleyhinə çıxış edib.
Görüşdən sonra PFA tərəfindən verilmiş açıqlamada diqqət maaş endiriminin dövlətin vergi itirəcəyinə yönəldilib. Açıqlamada qeyd edilib ki, çempionatda oynayan bütün futbolçuların maaşlarına 30 faizlik endirim tətbiq olunacağı halda 12 aylıq müddət üçün 500 milyon funt sterlinq fərq alınacaq. Bununla da Birləşmiş Krallığın dövlət büdcəsi 200 milyon funt sterlinqən artıq vergi gəlirini itirmiş olacaq.