Birinci rübdə qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi açıqlanıb

2020.04.04 16:12 (UTC+04:00)

Bakı Fond Birjasında (BFB) yanvar-mart ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2 milyard 76 milyon manat təşkil edib.

BFB-dən bildirilib ki, 2019-cu ilin müvafiq dövründə isə əməliyyatların həcmi 3 milyard 854,5 milyon manat olub.

Bu ilin yanvar-fevral ayları üzrə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 375 faiz, repo əməliyyatları üzrə isə 318 faiz artım qeydə alınıb. Martın son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 2 milyard 445,1 milyon manat təşkil edib.