“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, qurum tərəfindən neft və neft məhsulları, qida məhsulları, tikinti materialları və digər yüklərin müntəzəm daşınması təmin edilir.
Koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları”nın Həkim-Sanitar Xidmətinin dezinfektorları ölkə ərazisinə daxil olan yük qatarlarında qabaqlayıcı tədbirlər həyata keçirirlər.
Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən sərnişin qatarlarında da gündəlik dezinfeksiya işləri aparılır.