Bu barədə Maliyyə Nazirliyinin ilin ilk rübündə dövlət büdcəsinin icrasına (operativ) dair yaydığı açıqlamada deyilir.
Bildirilir ki, üç ayda dövlət büdcəsinin mədaxili 7 milyard 810,9 milyon manat və ya rüblük proqnoza qarşı 35,9 faiz çox icra olub. Həmin vəsaitin 32,5 faizi və yaxud 2 milyard 536,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb.
Qeyd edək ki, rüb ərzində dövlət büdcəsinin mədaxili 7 milyard 810,9 milyon manat, xərcləri 5 milyard 254,8 milyon manat olub, 2 milyard 556,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.