2020-ci ilin fevral ayında Azərbaycanda nağdsız ödənişlərin həcmi yanvar ayına nisbətən artaraq 418 milyon manat olub. Mərkəzi Bankın aylıq hesabatına əsasən, POS-terminallarla ödənişlərin həcmi 125 milyon manat təşkil edib. Fevralda bankomatlar vasitəsilə reallaşdırılan nağdsız ödənişlərin həcmi isə 17 milyon manat olub.
Bu ilin fevralında 276 milyon manatlıq elektron ticarət əməliyyatı aparılıb. Kredit kartları ilə aparılan əməliyyatların həcmi isə 147 milyon manat olub.
Xatırladaq ki, bu il yanvar ayında Azərbaycanda nağdsız ödənişlərin həcmi 412 milyon manat olub.