İsveçrədə vergi borclarına görə faizlərin ödənilməsi dayandırılacaq

2020.04.03 18:23 (UTC+04:00)

İsveçrə hökumətinin açıqlamasında bildirilib ki, hökumət şirkətlərə vergi ödənişlərini gecikdirməyə imkan yaratmaq üçün vaxtı keçmiş vergi borclarına görə faiz ödəmələrini dayandıracaq. Əlavə dəyər vergisi, gömrük rüsumları, xüsusi istehlak vergisi və digər yığımlar, eləcə də birbaşa federal vergilər üzrə ödənilməmiş məbləğlər üçün 0 faiz dərəcəsi tətbiq olunacaq. Bu qayda 2019-cu il martın 21-dən 2020-ci il dekabrın 31-dək ödənilməli olan vergilərə şamil ediləcək.