Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb.
Naxçıvan Muxtar Respublikasında 4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Keçirilən tədbirlər zamanı 3 şəxsin "Fərqlənmə nişanı" almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və 1 şəxsin isə vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb. Ötən ay müvafiq icra hakimiyyəti orqanları ilə birgə 8 işəgötürəndə aparılmış araşdırmalar zamanı 9 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.