Azərbaycanda 72,2 min aztəminatlı ailənin 298,9 min üzvü ünvanlı dövlət sosial yardımı alıb

2020.04.02 17:05 (UTC+04:00)

Bu il yanvarın 1-dək 72,2 min aztəminatlı ailənin 298,9 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 50,03 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda, həmçinin bildirilib ki, müxtəlif kateqoriyadan olan 293,8 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.