Bu vaxtadək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan bildirilib ki, indiyədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 28 min 667 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 445,26 milyon manat təşkil edir.