Satış əməliyyatlarının nağdsız aparılması üçün güzəşt

2019.01.30 18:57 (UTC+04:00)

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, satış əməliyyatlarının nağdsız qaydada aparılması halında, 2019-cu ildən müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlər hansılardır?

2019-cu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti ilə məşğul olan gəlir vergisinin ödəyicisi fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli gəlir vergisinin məbləği 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Əsas: Vergi Məcəlləsi, 102.1.24-cü maddə

MİSAL:

Ümumi gəlir = 1.000 manat (o cümlədən 200 manat nağd, 800 manat nağdsız);
Gəlirdən çıxılan ümumi xərc = 700 manat;
Gəlir = 300 manat.

Güzəşt tətbiq edilmədiyi halda, vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği

60 manat (1.000 – 700 = 300 x 20%) təşkil edir.

Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği

48 manat (800 (nağdsız dövriyyə) / 1.000 (ümumi gəlir) = 0,8 (xüsusi çəki) 0.8 x 25% = 0.2 x 60 = 12 manat) təşkil edir.