Mərkəzi Bank: Bugünkü hərracda tələb tam təmin olunub

2020.04.02 14:07 (UTC+04:00)

Aprelin 2-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 74,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.