Martda "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə 15,3 milyon dollarlıq ixrac həyata keçirilib

2020.04.02 12:01 (UTC+04:00)

Bu ilin martında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 15,3 milyon ABŞ dolları olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın mart sayında bildirilir ki, yanvar-mart aylarında "Bir Pəncərə" mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində dəyəri 37 milyon dollardan çox qeyri-neft ixracı həyata keçirilib.