Bu ilin fevralında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 72,9 milyon manat təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir ki, yanvar-fevral aylarında isə Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə apardıqları əməliyyatların dəyəri 158,1 milyon manat olub.