Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

2020.04.01 21:38 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları aprelin 1-nə 6 milyard 393,8 milyon ABŞ dolları təşkil edib.

AMB-dən verilən məlumata görə, bu göstərici martın 1-i ilə müqayisədə 7,1 milyon dollar az, ilin əvvəlinə nisbətən 53 milyon ABŞ dolları çoxdur.