Rusiyada ədəbi əsərlərin müəlliflərinə peşəkar gəlirdən vergi çıxılması tətbiq edilir

2020.04.01 19:04 (UTC+04:00)

Rusiya Federasiyasının Federal Vergi Xidmətindən (FVX) bildirilib ki, ədəbi əsərlərin müəllifləri qonorarlarından fiziki şəxslərin gəlir vergisinə peşəkar xərclərin çıxılması tətbiq edə bilərlər. Bu çıxılma əsərin yaranmasına çəkilən xərclər həcmində müəyyənləşdirilib. Xərclər sənədləşdirilmiş şəkildə təsdiq edilmədikdə isə çıxılma əldə edilmiş gəlirin 20 faizi həcmində götürülür.

Bir çox hallarda üçüncü şəxslərə münasibətdə müəlliflərin maraqlarını kənar təşkilatlar təmsil edir. Onlar müəlliflərin adından və müəlliflərin hesabına agent müqaviləsi əsasında fəaliyyət göstərirlər. Vergi administrasiyasından bildirilib ki, müəlliflərin bu şirkətlərə çəkdikləri xərclər çıxılmanın məbləği hesablanarkən nəzərə alına bilməz.

Xərclərin çıxılması hüququnu almaq üçün vergi agentinə yazılı müraciət olunmalıdır. Müraciət olmadıqda isə çıxılmanı vergi dövrünün sonunda təqdim olunan bəyannamədə göstərmək tələb olunur.