İTV kanalının "Sabahın xeyir, Azərbaycan" proqramının "Güzəran" rubrikasında Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, qeyri-neft sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri və işçilər üçün nəzərdə tutulmuş güzəştlər və vergilərin hesablanması barədə məlumat verilib.
Proqramın qonağı, Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəhbəri Samir Seyidəhmədov hüquqi şəxslərin qeydiyyatı ilə bağlı son yeniliklər barədə sualları cavablandırıb.