Paytaxtın ictimai iaşə dövriyyəsi 9,4 faiz artıb

2020.04.01 14:51 (UTC+04:00)

Yanvar-fevral aylarında paytaxtın ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,4 faiz artaraq 144,4 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 44,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 80,2 milyon manat təşkil edib.