İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,2 milyon manat köçürüb

2020.03.31 15:56 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, İqtisadiyyat Nazirliyinin və qurumlarının əməkdaşları bu sosial təşəbbüsü əməkhaqqı və könüllü ianələri hesabına dəstəkləyiblər. Sosial aksiyaya nazirliyin aparatı və regional bölmələri, nazirlik yanında Dövlət Vergi, Əmlak Məsələləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət xidmətləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Sumqayıt Kimya Sənaye Parkı" MMC, "Təmiz Şəhər" ASC, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və sair qurumları qoşulub.

Həmrəylik göstərək! Dəstək olaq!