Əsas kapitala yönəldilmiş vəsaitin 55,6 faizi sənaye, 22,7 faizi isə tikinti sahələrinə xərclənib

2020.03.31 15:14 (UTC+04:00)

Yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 55,6 faizi sənaye, 22,7 faizi isə tikinti sahələrinə sərf olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iki ayda əsas kapitala yönəldilmiş vəsaitin 12,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi olmaqla peşə, elmi və texniki fəaliyyət, 1,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,8 faiz olmaqla informasiya və rabitə, dövlət idarəetməsi və müdafiə; sosial təminat, hər birində 0,3 faiz olmaqla təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, hər birində 0,2 faiz olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Qeyd edək ki, yanvar-fevral aylarında əsas kapitala 1 milyard 965,2 milyon manat, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz çox vəsait yönəldilib.